Böyük Britaniya Ukraynaya təxminən 150 min dron və 350-dən çox raket (onlardan 100-ü Patriot hava hücumundan müdafiə sistemi üçün) verəcəyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, yardım paketinin ümumi dəyəri 752 milyon funt sterlinq olaraq göstərilir.
Bundan əlavə:
Almaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün təxminən 400 milyon avro ayıracaq.
Niderland isə 500 milyon avro dəyərində ABŞ silahları və pilotsuz uçuş aparatlarının alınmasını maliyyələşdirəcək.
Jalə
























