image-c913b9b67cebb1ca4d62bd03aa4df050backend

“Bosch” şirkətində kütləvi ixtisarlar gözlənilir

Almaniyanın sənaye qrupu Bosch mənfəətinin yarıya qədər azalması səbəbindən 20.000 iş yerini ixtisar edəcəyini açıqlayıb. Şirkət rəhbərliyi bu qərarı iqtisadiyyatdakı pisləşmə və avtomobil sənayesindəki geriləmə ilə əlaqələndirir.

İNFOAZ.MEDİA xəbər verir ki, Baş direktor Stefan Hartunq 2025-ci ili şirkət üçün çətin və ağrılı il adlandırıb. Təkcə ötən il Almaniya avtomobil sənayesində 50.000-dən çox iş yeri ləğv edilib. Elektrikli nəqliyyat, yüksək enerji xərcləri və Çin istehsalçıları ilə rəqabət vəziyyəti ağırlaşdırır.

Rəsmi statistikaya görə, Almaniyada işsizlik 6,6%-ə yüksəlib və yanvar ayında 3 milyondan çox insan işsiz qalıb.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki