Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov Ukraynadakı müharibənin hərbi yolla həll olunmayacağını bildirib. Onun sözlərinə görə, hazırda tərəflər arasında mövqe müharibəsi gedir və silahların artırılması yalnız insan itkilərinin çoxalmasına səbəb olur.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazir qeyd edib ki, Ukraynanın əsas ehtiyacı əlavə silahlar deyil, insan resurslarıdır. Stoyanovun fikrincə, Kiyev artıq kifayət qədər silah ehtiyatına malikdir.
Bu səbəbdən Bolqarıstan hökuməti Ukrayna ordusuna əlavə silah tədarük etməyi planlaşdırmır.
Rauf
























