Boliviyada elan edilən müddətsiz ümumi tətil artıq 36-cı gününü keçib. Ölkədə xüsusilə paytaxt La Paz və El Alto şəhərləri blokada vəziyyətində qalır.
İNFOAZ.MEDİA xəbər verir ki, blokadalar nəticəsində ərzaq, yanacaq, dərman və oksigen çatışmazlığının yarandığı, böhranla bağlı 7–10 nəfərin həyatını itirdiyi bildirilir.
Etirazların keçmişdə qəbul edilən və daha sonra ləğv olunan 1720 saylı qanundan və ölkədə dərinləşən iqtisadi problemlərdən qaynaqlandığı qeyd olunur. Aksiyalara əsasən kəndli birlikləri rəhbərlik edir və Evo Morales-ə yaxın qrupların da dəstək verdiyi iddia olunur.
Boliviya Prezidenti Rodrigo Paz vəziyyəti nəzarət altına almaq üçün təhlükəsizlik qüvvələrinə daha geniş səlahiyyətlər verən “fövqəladə vəziyyət” qanunu imzalayıb.
Buna baxmayaraq, etirazçılar artıq prezidentin istefasını tələb edirlər və gərginlik ölkə üzrə davam edir.
Rauf
























