image-untitled-1backend

“Bazar Store”də endirimsiz məhsul endirimli məhsulların içərisində satılır

“Bazarstore” ilə bağlı şikayətlər artmaqda davam edir.

İNFOAZ.MEDİA-nın məlumatına görə, Bazarstore-də endirim afişasinin yerləşdirildiyi bölmədəki bəzi balıq məhsullarının üzərində qiymət qeyd edilməyib. Şikayətçi bildirir ki, balıq məhsulunun qiyməti vitrində qeyd olunmayıb.Mağazalar şəbəkəsindən verilən məlumata görə, mallarin yeri dəyişilib.

Müştəri məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlayıb. Hazırda araşdırma aparılır.

Qanunvericiliyə əsasən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun istehlakçıların mallar, xidmətlər və işlər haqqında dolğun və düzgün məlumat almaq hüququnu təmin edir.

Bundan əlavə, qiymətlərin göstərilməsi və etiketlənməsi qaydalarına görə, bütün satılan malların üzərində düzgün formatda qiymət etiketləri olmalıdır. Bu tələblər “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” ilə təsbit olunub.

Rauf

image-616803437_122331900326023694_7517697419307165846_n

image-615918175_122331900266023694_4203931200167768073_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki