fhn yanğın1762756174_adobestock43backend

Bakıda məktəbdə YANĞIN

Humanitar fənlər təmayüllü liseyin ikinci korpusunda elektrik şitində qısaqapanma nəticəsində tüstülənmə baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib. Hadisə zamanı xəsarət alan olmayıb.

“Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır”, – BŞTİ-dən saytımıza bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki