Boris Pistoriusbackend

Almaniya müdafiə naziri: Fransa ilə FCAS layihəsinin uğursuzluğu məni dərindən məyus edir

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya və Fransa arasında həyata keçirilən FCAS (Gələcəyin Hava Döyüş Sistemi) layihəsinin faktiki olaraq iflasa uğramasına münasibət bildirib.

INFOAZ.MEDİA xəbər verir ki, Pistorius bu məsələnin onun üçün ağrılı olduğunu qeyd edərək, Almaniya-Fransa əməkdaşlığının Avropa üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin birgə həyata keçirdiyi hər hansı layihənin uğursuz olması arzuolunan deyil.

Nazir bildirib ki, emosiyalardan kənar yanaşdıqda, tərəflər arasında artıq razılığa gəlmək mümkün olmayıb və layihə üzrə ortaq mövqe əldə edilə bilməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki