Boris Pistoriusbackend

Almaniya FCAS layihəsinin iflasını təsdiqlədi: “Bu layihə reallıqla toqquşaraq dağıldı”

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya və Fransa arasında həyata keçirilən FCAS (Gələcəyin Hava Döyüş Sistemi) proqramının sona çatmasının gözlənilməz olmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirin sözlərinə görə, layihənin bu nəticə ilə üzləşəcəyi artıq uzun müddətdir hiss olunurdu. O qeyd edib ki, əsas səbəblərdən biri layihədə iştirak edən iki böyük müdafiə sənayesi şirkəti arasında yaranan gərginliklər olub.

Pistorius vurğulayıb ki, bugünkü təcrübə ilə həmin layihə əvvəlki formada qurulmazdı və bu, gələcək üçün çıxarılmalı olan vacib dərsdir. Onun sözlərinə görə, böyük və iddialı Avropa müdafiə layihəsi reallıqlarla üzləşərək uğursuzluğa düçar olub.

Bununla belə, nazir FCAS-ın iflasının Almaniya-Fransa münasibətlərinə mənfi təsir göstərmədiyini bildirib. O qeyd edib ki, iki ölkə arasında çoxsaylı kiçik və böyük layihələr üzrə əməkdaşlıq davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki