Von der Leyenbackend

Aİ Rusiyaya qarşı sanksiyalarda kriptovalyuta platformalarına yeni məhdudiyyətlər tətbiq edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı yeni sanksiyalar paketinin detalları barədə danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Leyenin sözlərinə görə, Avropa İttifaqı ilk dəfə olaraq üçüncü ölkələrdə fəaliyyət göstərən kriptoaktiv xidmətləri üçün tam qadağa tətbiq etmək imkanı yaradacaq.

O bildirib ki, bu addım Rusiyanın sanksiyalardan yayınmasına kömək edən platformalara ev sahibliyi edən ölkələr üçün güclü çəkindirici vasitə rolunu oynayacaq.

Aİ rəsmiləri hesab edirlər ki, yeni məhdudiyyətlər Moskvanın beynəlxalq maliyyə sistemində sanksiyalardan yan keçmək imkanlarını daha da məhdudlaşdıracaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki