image-article_675fbf7f71f1d8_58750777backend

ABŞ Tayvana Abrams tankları verə bilər

ABŞ mart ayının əvvəlinədək Tayvana 28 ədəd M1A2T Abrams tankı çatdırmağı planlaşdırır. Bu tədarük 2019-cu ildə təsdiqlənmiş müqavilə çərçivəsində nəzərdə tutulan 108 tankdan ibarət son partiya olacaq. Müqavilənin ümumi dəyəri 1,28 milyard ABŞ dolları təşkil edir.

İNFOAZ.MEDİA xəbər verir ki, Tayvan indiyədək ABŞ-dan 80 tank alıb. İlk tədarük 2024-cü ilin dekabrında, ikinci mərhələ isə ötən ilin oktyabr ayının sonunda həyata keçirilib. Eyni zamanda, Tayvan ordusu mövcud M60A3 tankları üçün yeni mühərriklər alıb və atəş idarəetmə sistemlərini modernləşdirib.

Bundan əlavə, ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi (DSCA) yanvarın 30-da Dövlət Departamentinin Səudiyyə Ərəbistanına təxminən 9 milyard dollar dəyərində Patriot PAC-3 raket sistemləri və əlaqəli sursatların potensial satışını təsdiqlədiyini açıqlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki