vensbackend

ABŞ–İsrail münasibətlərində Vensin açıqlamaları narahatlıq yaradıb

JD Vensin İsrail hökumət üzvlərinə yönəlmiş sərt tənqidləri və ABŞ hərbi dəstəyinin şərtsiz olmadığına dair dolayısı xəbərdarlığı İsraildə ciddi narahatlıq yaradıb.

İNFOAZ.MEDİA xəbər verir ki, İsrail rəsmiləri gərginliyi artırmamaq və Donald Tramp administrasiyası ilə münasibətləri daha da kəskinləşdirməmək üçün bu açıqlamalara açıq şəkildə cavab verməkdən çəkiniblər.

İsrail tərəfi Vensin mövqeyini Respublikaçılar Partiyası daxilində İsrailə avtomatik və şərtsiz dəstəyi daha az müdafiə edən yeni bir xəttin göstəricisi kimi qiymətləndirir. Bu isə ABŞ-İsrail münasibətlərində gələcək dəstəyin sabitliyi ilə bağlı suallar doğurur.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki