ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Lockheed Martin” şirkətinə 4,7 milyard dollar dəyərində müqavilə verib. Müqavilə “Patriot PAC-3 MSE” raketlərinin (ələkeçirici-interceptor) istehsalını nəzərdə tutur.
İNFOAZ.MEDİA xəbər verir ki, bu qərar ABŞ və onun müttəfiqlərinin hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır. “Patriot PAC-3 MSE” sistemi müasir ballistik və qanadlı raketlərin qarşısını almaq üçün istifadə olunan yüksək dəqiqlikli müdafiə texnologiyasıdır.
Bu müqavilə “Lockheed Martin” şirkəti üçün son illərdə hava hücumundan müdafiə sahəsində ən böyük sifarişlərdən biri hesab olunur.
Rauf
























