Saudi Aramco şirkətinin baş icraçı direktoru Amin Nasser dünya enerji bazarında görünməmiş böhranın yaşandığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, son iki ay ərzində dünya bazarı təxminən 1 milyard barrel neft tədarükünü itirib. Nasserin sözlərinə görə, hazırda bazarlarda hər həftə təxminən 100 milyon barrel neft itkisi müşahidə olunur.
Şirkət rəhbəri qeyd edib ki, əsas dəniz daşınma marşrutları dərhal bərpa olunsa belə, bazarın yenidən balanslaşması aylarla vaxt aparacaq.
Amin Nasser xəbərdarlıq edib ki, əgər tədarük zəncirindəki problemlər iyunun ortalarına qədər davam etsə, qlobal enerji bazarında tam normallaşma prosesi 2027-ci ilə qədər uzana bilər.
Jalə
























