Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın hava hücumundan müdafiə raketlərinin istehsal həcmini artırmasının vacibliyini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, hazırda ABŞ-da istehsal olunan raketlərin sayı müasir təhlükəsizlik çağırışları fonunda kifayət etmir.
“ABŞ-da bütün böyük müdafiə şirkətlərini tanıyıram. Lakin bu miqyasda istehsalı yalnız ABŞ həyata keçirə bilər. Ayda 60-65 raket istehsalı bugünkü təhdidlər üçün kifayət deyil”, – deyə Ukrayna lideri bildirib.
O qeyd edib ki, bu vəziyyət Rusiyaya da məlumdur və bunu gizli informasiya hesab etmək olmaz.
Zelenski həm əvvəlki, həm də hazırkı ABŞ administrasiyasına müraciət edərək Ukraynaya lisenziyalar verilməsini istədiyini bildirib.
Ukrayna Prezidenti hesab edir ki, bu addım “Patriot” raketlərinin istehsalını artırmağa imkan verəcək və təkcə Ukrayna üçün deyil, ABŞ-ın dəstək göstərmək qərarına gəldiyi digər ölkələr, o cümlədən Yaxın Şərq regionu üçün də faydalı olacaq.
Zelenski hava hücumundan müdafiə sistemlərinin və onların sursatlarının istehsalının genişləndirilməsinin qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Rauf
























