Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanın Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlərin azaldılması ilə bağlı açıqlamasını tənqid edib. O bildirib ki, Moskva Türkiyənin Rusiya–Türkiyə enerji əməkdaşlığına yönələn xarici müdaxilə cəhdlərinə qarşı açıq mövqe tutmasını gözləyir.
İNFOAZ.MEDİA xəbər verir ki, Zaxarova Fransa xarici işlər naziri Jan-Noel Barrotun Rusiya neftinin guya “qanunsuz” tədarükü ilə bağlı bəyanatına da toxunaraq, bu cür addımların qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyənin energetika nazirləri regional proseslərin enerji sektoruna təsirini müzakirə ediblər.
Rauf
























