image-iran-absbackend

Vaşinqton İrana qarşı sanksiyaların yumşaldılmasını nəzərdən keçirir

ABŞ və İran arasında müharibənin başa çatdırılması ilə bağlı razılaşmanın son detalları üzrə danışıqlar davam edir.

İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər arasında əsas fikir ayrılığı İranın nüvə proqramı və sanksiyaların ləğvi məsələsindədir. ABŞ Tehrandan yüksək səviyyədə zənginləşdirilmiş urandan imtina etməyi və nüvə silahı hazırlamayacağına dair öhdəlik götürməyi tələb edir. Bunun müqabilində Vaşinqton sanksiyaların yumşaldılmasını nəzərdən keçirə bilər.

İran isə sanksiyaların qaldırılmasına və dondurulmuş aktivlərinin azad edilməsinə dair konkret təminatlar istəyir. Buna baxmayaraq, hər iki tərəfin rəsmiləri yaxın zamanda kompromis əldə olunacağına nikbin yanaşır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki