Rusiya müharibənin 1546-cı günü ilə bağlı Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.
O bildirib ki, “xüsusi əməliyyatın” başlanğıcından indiyədək Ukrayna tərəfinin 671 təyyarəsi, 284 helikopteri, 148 843 pilotsuz uçuş aparatı, 661 zenit-raket kompleksi, 29 368 tank və digər zirehli texnikası, 1 723 reaktiv yaylım atəş sistemi, 34 999 artilleriya və minaatanı, 61 990 hərbi avtomobil texnikası məhv edilib.
Rauf























