Rusiya Müdafiə Nazirliyi müharibənin 1549-cu günü ilə bağlı Ukrayna ordusunun itkilərinə dair yeni məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya MN-in rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, “xüsusi əməliyyat”ın başladığı gündən bu günə qədər Ukrayna tərəfi 671 təyyarə, 284 helikopter, 150 704 pilotsuz uçuş aparatı, 661 zenit-raket kompleksi, 29 417 tank və digər zirehli texnika, 1 724 reaktiv yaylım atəşi sistemi, 35 040 artilleriya və minaatan, həmçinin 62 254 müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi itirib.
Jalə























