image-5rks8mokgzdlbackend

Ukrayna, Rusiya və ABŞ ilk dəfə üçtərəfli danışıqlar üçün bir araya gəlir

Rusiya, Ukrayna və ABŞ nümayəndələri  üçtərəfli danışıqlar aparmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüşəcəklər.

Ukrayna Prezidenti Volodimir Zelenski görüşləri müharibənin sona çatdırılması baxımından ümidverici addım kimi qiymətləndirib. Onun sözlərinə görə, danışıqlarda əsas diqqət Ukraynanın şərqində yerləşən Donbas bölgəsinin vəziyyətinə yönələcək.

Zelenski bildirib ki, bu görüş müharibənin bitməsi istiqamətində addım ola bilər, lakin fərqli nəticələr də mümkündür.

Ukrayna lideri bundan əvvəl İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdən sonra Zelenski tərəflərin əsasən bir mövzu üzərində müzakirə apardığını və bunun həll edilə biləcəyini deyib.

O, Ukraynanın şərq ərazilərinin gələcək statusunun hələ də həll olunmamış əsas problem olaraq qaldığını vurğulayıb.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki