ABŞ Prezidenti Donald Tramp Kubaya neft satan və ya bu ölkəni neftlə təmin edən dövlətlərdən idxal olunan mallara gömrük rüsumlarının tətbiqinə imkan verən fərman imzalayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Ağ Evin yaydığı açıqlamada bildirilib ki, Tramp bu addımı Kuba hökumətinin ABŞ üçün yaratdığı təhdidlər fonunda atıb.
Qeyd olunub ki, fərmana əsasən, Kubaya birbaşa və ya dolayı yolla neft tədarük edən ölkələrdən ABŞ-a gətirilən məhsullara əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan yeni tarif sistemi yaradılacaq.
Açıqlamada vurğulanıb ki, ABŞ-ın dövlət katibi və ticarət naziri bu tarif sisteminin və müvafiq tədbirlərin icrası üçün qaydalar və normativ sənədlər də daxil olmaqla, bütün zəruri addımları atmaq səlahiyyəti ilə təmin olunub.
Bildirilib ki, məqsəd ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasət maraqlarını “Kuba rejiminin zərərli və düşmən xarakterli fəaliyyətlərindən” qorumaqdır.
Eyni zamanda qeyd olunub ki, ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət hədəflərinə uyğun addımlar atılacağı təqdirdə, Prezident fərmana dəyişiklik edə bilər.
Rauf
























