ABŞ Prezidenti Donald Tramp son çıxışında son hərbi əməliyyatlarda ABŞ ordusunun itkilərindən danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, ABŞ son iki müharibədə ümumilikdə 13 hərbçisini itirib. O, Venezuela ilə bağlı əməliyyatı “tam və qəti qələbə” adlandıraraq, həmin əməliyyatın bir gün ərzində başa çatdığını və ABŞ tərəfinin heç bir itki vermədiyini deyib.
Prezident həmçinin Epik qəzəb əməliyyatı zamanı 13 amerikalı hərbçinin həyatını itirdiyini qeyd edib.
Rauf























