ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərindən danışarkən onun daha rasional davranmalı olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp Kan News-a açıqlamasında qeyd edib ki, Netanyahu ilə yaxşı münasibətləri var, lakin onun qərarlarında daha ölçülü yanaşmaya ehtiyac olduğunu düşünür.
Eyni zamanda Tramp İsraildə keçiriləcək seçkilərlə bağlı da danışıb. O bildirib ki, böyük ehtimalla Netanyahunu dəstəkləyəcək, lakin yekun qərarın seçkilərdə onun rəqiblərinin kim olacağından asılı olacağını vurğulayıb.
Jalə
























