image-tramp-yenibackend

Tramp: İranla atəşkəs başa çatdı

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan atəşkəsin başa çatdığını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ prezidentinin sözlərinə görə, Tehran sülh danışıqlarının davam etdirilməsi üçün Vaşinqtona müraciət edib və ABŞ bu təklifi qəbul edib.

Qeyd edək ki, iyulun 8-9-da ABŞ Silahlı Qüvvələri İran ərazisində bir sıra hədəflərə zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatların İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı fəaliyyətinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

RAUF


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki