Səudiyyə Ərəbistanıbackend

Səudiyyə Ərəbistanı dron hücumlarından sonra neft ixracını bərpa edir

Səudiyyə Ərəbistanı sentyabrın 11-də baş verən dron hücumlarından sonra Şərq-Qərb neft kəməri ilə xam neft axınını bərpa etməyə başlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in məlumatına görə, hazırda neft kəmər vasitəsilə Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına nəql olunur. “Saudi Aramco” isə həcmləri artırır və dəniz yolu ilə ixracın bərpasından əvvəl təzyiq sınaqları keçirir.

Bununla yanaşı, Qırmızı dənizdəki Yanbu limanından tanker ixracı hələ bərpa edilməyib. Sentyabrın 24-27-də Yanbuda təxminən altı tankerin yüklənməsi planlaşdırılır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki