image-irak-basbakani-ali-el-zeydibackend

İraq Baş naziri: İraqın enerji istehsalında qlobal mərkəzə çevrilməsini istəyirik

İraqın Baş naziri əl-Zeydi bildirib ki, ölkənin enerji istehsalında qlobal mərkəzə çevrilməsi və bu potensialdan regional və beynəlxalq təhlükəsizlik və sabitliyin davamlı şəkildə gücləndirilməsi üçün istifadə edilməsi əsas məqsədlərdəndir.

İNFOAZ.MEDİA xəbər verir ki, O qeyd edib ki, İraq neft ixracı limanlarını şaxələndirmək və ölkəni Türkiyə, İordaniya və Suriya ilə birləşdirən enerji dəhlizlərini inkişaf etdirmək üzərində işləyir.

Baş nazirin sözlərinə görə, bu dəhlizlər vasitəsilə qlobal bazarlara çıxışın təmin edilməsi enerji təhlükəsizliyinə və təchizat marşrutlarının şaxələndirilməsinə töhfə verəcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki