Türkiyənin MKE şirkəti “Denizkurdu-I 2026” dəniz təlimləri çərçivəsində PİRANA kamikadze pilotsuz katerini sınaqdan keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Sınaq zamanı PİRANA ilk dəfə 100 kiloqramlıq döyüş başlığı ilə dənizdəki hədəfi vurub.
PİRANA-nın 40 düyündən yüksək sürətə çata bildiyi, 200 dəniz milindən çox fəaliyyət məsafəsinə malik olduğu bildirilir. Kater radio və ya peyk vasitəsilə uzaqdan idarə oluna, həmçinin avtonom fəaliyyət göstərə və pilotsuz uçuş aparatları ilə inteqrasiya oluna bilər.
MKE-nin məlumatına görə, PİRANA tək və ya sürü şəklində fəaliyyət göstərə bilir.
Rauf
























