Livanın Baş naziri Nəvvaf Salam İsrailin Livanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qədər ölkə ərazisindən tamamilə geri çəkilməsini tələb edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Salam bildirib ki, Livan 1949-cu il Ümumi Atəşkəs Sazişinə uyğun olaraq İsrail qüvvələrinin ölkə ərazisindən çıxmasını istəyir.
Baş nazir həmçinin Livan vətəndaşı olan saxlanılan şəxslərin azad edilməsini, əhalinin öz kənd və şəhərlərinə təhlükəsiz şəkildə qayıtmasını və müharibə nəticəsində dağıdılmış ərazilərin yenidən qurulmasını tələb edib.
Onun sözlərinə görə, məhz bu prinsiplər əsasında Livan İsraillə müharibəyə son qoymaq və ölkənin tam suverenliyini bərpa etmək məqsədilə danışıqlara başlayıb.
Salam vurğulayıb ki, bunun üçün İsrailin Livan ərazisindən çıxması və ölkənin bütün ərazisində dövlət hakimiyyətinin təmin edilməsi, silahların isə yalnız dövlətin nəzarətində olması zəruridir.
Rauf
























