Şahbaz Şərifbackend

Şahbaz Şərif: Pakistan Hindistanın hücumuna dəqiq və peşəkar şəkildə cavab verdi

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla bağlı açıqlamasında bildirib ki, bir il əvvəl Pakistan “saxta bəhanə” ilə Hindistanın xarici təcavüzü ilə üzləşib.

İNFOAZ.MEDİA xəbər verir ki, Şahbaz Şərifin sözlərinə görə, Pakistan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edib.

O qeyd edib ki, feldmarşal Asim Münirin cəsarətli rəhbərliyi altında Pakistanın “igid və cəsur” silahlı qüvvələri hücuma dəqiq və peşəkar şəkildə cavab verib.

“Onlar düşməni susdurdular, hücumu dəf etdilər və ona heç vaxt unutmayacağı bir dərs verdilər”, – Şahbaz Şərif bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki