Suriyanın Daxili İşlər Nazirliyi ölkənin ilk tamamilə qadınlardan ibarət polis sinfinin məzunlarını təqdim edib.
İNFOAZ.MEDİA xəbər verir ki, əl-Təldəki Qadın Polis İnstitutunda altı aylıq təlim keçən təxminən 150 qadın polis əməkdaşı məzun olub. Mərasimdə sıra hazırlığı, silah nümayişləri və andiçmə mərasimi keçirilib.
Təlim proqramına 15 mindən çox qadının müraciət etdiyi bildirilib. Məzunlar ölkə üzrə nazirliyin müxtəlif bölmələrində, o cümlədən ictimai asayişin qorunması və qadınlarla bağlı işlər üzrə fəaliyyət göstərəcəklər.
Rauf
























