İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Donald Trampın BMT Baş Assambleyasındakı çıxışında İran məsələsinə bu qədər diqqət ayırmasını tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Möhsün Rezai bildirib ki, Tramp uğurlu olsaydı, BMT Baş Assambleyasında İran məsələsinə bu qədər geniş yer verməzdi.
Onun sözlərinə görə, Trampın bütün açıqlamalarının İran ətrafında cəmlənməsi bu ölkənin onun həyatında və siyasətində, eləcə də ABŞ siyasətində ən böyük problemə və əsas diqqət mərkəzinə çevrildiyini göstərir.
Rauf
























