İraqın Baş naziri əl-Zeydi BMT-nin Nyu-Yorkdakı qərargahında Babil kralı Hammurapinin qanunlar toplusunun surətinin olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, O qeyd edib ki, üzərində “Qanunlar güclülərin zəiflərə zülm etməsinin qarşısını almaq üçün yaradılır” sözləri yazılıb.
Baş nazir bildirib ki, müasir dünyada zəiflərin hüquqları pozulur, çünki qanunun gücü deyil, güclünün qanunu hökm sürür.
“Yaxın Şərqdə bu məsələyə ədalətli həll tapılmadan və Fələstin xalqının öz torpağına, öz müqəddəratını təyin etmək və suveren dövlət qurmaq hüququ təmin edilmədən təhlükəsizliyə yer olmayacaq”, – deyə o vurğulayıb.
Rauf
























