Pentaqon İran müharibəsi ilə əlaqəli daha bir ABŞ hərbçisinin ölümünü açıqlayıb və bununla rəsmi açıqlanan hərbçi itkilərinin sayı 19-a yüksəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Ordusunun məlumatına görə, 37 yaşlı kapitan Bianca C. Wilkerson sentyabrın 18-də Qətərin Doha şəhərində əməliyyatlara dəstək verərkən döyüşlə əlaqəli olmayan tibbi səbəbdən həyatını itirib.
The Washington Post yazır ki, ABŞ rəsmiləri Yaxın Şərqdə ölən hərbçilərin faktiki sayının daha çox olduğunu bildirirlər. Onların sözlərinə görə, münaqişə başlayandan bəri ən azı 22, bəzi məlumatlara görə isə 23 ABŞ hərbçisi həyatını itirib.
Rauf
























