The Washington Post-un məlumatına görə, Meksikadakı narkotik kartelləri qabaqcıl dronlardan istifadəsini sürətlə genişləndirir. Bu, ABŞ rəsmiləri arasında Rusiya-Ukrayna müharibəsindən qayıdan döyüşçülərin pilotsuz uçuş aparatlarından istifadə üzrə təcrübələrini cinayətkar qruplara ötürə biləcəyi ilə bağlı narahatlıq yaradıb.
İNFOAZ.MEDİA xəbər verir ki, kartellər dron müharibəsi üzrə taktikanı, o cümlədən radioelektron maneələri keçmək üsullarını öyrənir və daha çox partlayıcı daşıya bilən iri dronlar əldə edirlər.
ABŞ və Meksika rəsmiləri kartellərin taktikasını davamlı şəkildə dəyişdirdiyini, dronlara qarşı mübarizə imkanlarının isə bu təhdidin sürətinə çatmaqda çətinlik çəkdiyini bildiriblər.
Jalə
























