image-17552472034766714877_1200x630backend

Cənubi Koreya Prezidenti Zelenskini məxfi məlumatı açıqladığı üçün tənqid edib

Cənubi Koreya Prezidenti Li Çye Myon Ukraynanın Rusiya tərəfində döyüşərkən əsir götürülmüş iki Şimali Koreya vətəndaşının Cənubi Koreyaya təhvil verildiyini ictimaiyyətə açıqlayan Volodimir Zelenskini tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Li bildirib ki, məsələ diplomatiya və milli təhlükəsizlik baxımından son dərəcə həssasdır və məlumatın açıqlanması məxfilik razılaşmasını pozub.

Cənubi Koreya lideri hadisəni “dərin təəssüf doğuran” hal adlandırıb və belə məsələlərin siyasi qazanc deyil, milli maraqlar əsasında həll edilməli olduğunu vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki