image-images-53backend

Şahbaz Şərif: Trampın müdaxiləsi Cənubi Asiyada yüz milyonlarla insanın həyatını xilas etdi

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampın Cənubi Asiyada sülhün təmin olunmasındakı rolundan danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Şahbaz Şərif bildirib ki, Donald Trampın qətiyyətli və uzaqgörən rəhbərliyi sayəsində Cənubi Asiyada yüz milyonlarla insanın həyatı xilas edilib.

Onun sözlərinə görə, Trampın vaxtında müdaxiləsi nüvə silahına malik iki qonşu ölkənin genişmiqyaslı müharibənin astanasında olduğu həlledici məqamda baş verib.

“Prezident Tramp həmin kritik anda düşüncə və fəaliyyətdə aydınlıq nümayiş etdirərək müdaxilə etməsəydi, baş verə biləcək dağıntıların miqyasını kim bilir?”, – deyə Şahbaz Şərif bildirib.

O əlavə edib ki, Cənubi Asiyanın bir daha belə təhlükəli həddə çatmamasını təmin etmək lazımdır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki