Tramp: "Martın 7-də İrana elə zərbələr endirəcəyik ki..."backend

Tramp: İran danışıqları dayandırıbsa, problem deyil

ABŞ Prezidenti Donald Trump İranın Vaşinqtonla danışıqları dayandırdığı barədə xəbərlərlə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, bu barədə İrandan heç bir məlumat almayıb. O qeyd edib ki, əgər bu məlumat doğrudursa, bunu problem hesab etmir:

“Düşünürəm ki, çox danışmışıq. Səssiz qalmaq çox yaxşı olardı.”

ABŞ lideri əlavə edib ki, danışıqlarda sükutun yaranması hərbi əməliyyatların başlanacağı anlamına gəlmir:

“Bu, bombalar atacağımız demək deyil. Blokadanı davam etdirəcəyik. Blokada polad kimi sərtdir.”

Tramp İranı uzun müddət gözləyib-gözləyə bilməyəcəyi ilə bağlı suala isə belə cavab verib:

“Düşünürəm ki, onlar nə qədər istəsələr, gözləyə bilərəm. Onlar böyük məbləğdə pul itirirlər.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki