TRAMPbackend

Tramp ərəb liderlərini İsraillə razılaşmaya çağırdı

ABŞ Prezidenti Donald Tramp İran müharibəsinin başa çatacağı təqdirdə bir sıra müsəlman və ərəb ölkələrinin İsraillə münasibətləri normallaşdıran Abraham Razılaşmalarına qoşulmasına çağırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Vaşinqtonun əsas məqsədi Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına nail olmaqdır. Lakin proses qarşısında ciddi siyasi maneələrin qaldığı bildirilir.

Danışıqlarda iştirak edən liderlərin, xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Pakistan nümayəndələrinin Trampın təklifinə təəccüb və səssizliklə reaksiya verdiyi qeyd olunur. Həmin ölkələr hazırda İsraili rəsmi şəkildə tanımır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki