“Dəniz şeytanları” teleserialı ilə tanınan aktyor Valeri Smorodin 65 yaşında dünyasını dəyişib. Onun vəfatını Kaluqa Dram Teatrının mətbuat xidməti təsdiqləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Smorodin bir gün əvvəl “Boris Qodunov” tamaşasında səhnəyə çıxıb. Tamaşadan sonra aktyorun halı pisləşib və o, qısa müddət sonra vəfat edib.
Valeri Smorodin 1961-ci ildə anadan olub. O, Qnessin adına Dram Məktəbində təhsil alıb və 1990-cı ildən etibarən Kaluqa Dram Teatrında fəaliyyət göstərib.
Aktyor tamaşaçılara əsasən “Sevgi kartof deyil”, “Canlı” və “Nadir quş” seriallarındakı rolları ilə tanınırdı. 2021-ci ildə ona Kaluqa vilayətinin əməkdar artisti fəxri adı verilib.
Rauf
























