Qazaxıstanın tanınmış aktyoru Anatoli Krejençukov 74 yaşında vəfat edib.
İNFOAZ.MEDİA xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən aktyor Almatı şəhərində dünyasını dəyişib.
Anatoli Krejençukov 1973-cü ildə teatr institutunu bitirdikdən sonra peşəkar aktyor kimi fəaliyyətə başlayıb. Onun ilk rolu “Köhnə Arbatın nağılları” tamaşasında olub. Uzun illər davam edən yaradıcılığı ərzində teatr səhnəsində yüzdən artıq obraz yaradıb. O, Don Juan, doktor Makarov, Qorodulin və digər yaddaqalan rollarla tamaşaçıların yaddaşında qalıb.
Rauf
























