Talibanbackend

Taliban üzvləri smartfonlarını çəkiclə sındıraraq sədaqət nümayiş etdirdilər

Əfqanıstanda Taliban üzvlərinin ictimai şəkildə smartfonlarını çəkiclə sındırdığı görüntülər yayılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu addım Ali Rəhbərə sədaqət nümayişi kimi qiymətləndirilir və rəhbərlik ölkədə smartfon istifadəsinə daha geniş məhdudiyyətlərin tətbiqini təşviq edir.

Bununla belə, Taliban administrasiyasının gündəlik idarəetmə və əlaqələndirmə fəaliyyətlərinin böyük hissəsi məhz WhatsApp üzərindən həyata keçirilir. Bu səbəbdən smartfonlara qarşı kampaniya ilə hərəkatın öz kommunikasiya praktikaları arasında ziddiyyət olduğu vurğulanır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki