Sudan ordusu ölkənin cənubundakı Kadugli şəhərinə daxil olaraq mühasirəni yarıb. Ölkədə davam edən vətəndaş müharibəsində tərəflər mövsümi yağışlardan əvvəl strateji ərazilərə nəzarət uğrunda mübarizə aparırlar.
İNFOAZ.MEDİA xəbər verir ki, Sudan ordusunun baş komandanı Əbdül Fəttah əl-Burhan şəhər sakinlərini ordunun gəlişi münasibətilə təbrik edib. Sosial mediada yayılan görüntülərdə əsgərlərin və hərbi maşınların şəhərə daxil olduğu görünür.
Kadugli, üç ilə yaxındır Sürətli Dəstək Qüvvələri (RSF) tərəfindən mühasirədə saxlanılırdı. Ekspertlər bildirir ki, qarşıdakı aylar müharibənin taleyini müəyyən edəcək.
Rauf
























