Türkiyəli müğənni Yıldız Tilbe barədə yayılan duet qalmaqalına rəsmi açıqlama verilib. Müğənninin vəkili Handan Bakbak bildirib ki, azərbaycanlı müğənni Vəfa Şərifovanın “100 min dollar ödəniş edib duet oxumaq istəyi” ilə bağlı iddiaları əsassızdır.
İNFOAZ.MEDİA xəbər verir ki, açıqlamaya görə, Yıldız Tilbenin Vəfa Şərifova ilə heç bir əlaqəsi, razılaşması və ya görüşü olmayıb. Vəkil yayılan məlumatların uydurma olduğunu və müğənninin nüfuzuna zərər verdiyini vurğulayıb.
Məsələ ilə bağlı hüquqi addımların atılacağı bildirilib.
Jalə

























