Slovakiya oktyabrın 26-da Moskvada Rusiya ilə əməkdaşlıq üzrə danışıqları bərpa edəcək. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı müharibədən sonra keçiriləcək ilk belə müzakirələr olacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, danışıqlarda neft, qaz, nüvə enerjisi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Görüş Avropa İttifaqının 2027-ci ilin sonunadək Rusiya qazının idxalını dayandırmaq planlarına baxmayaraq keçiriləcək.
Jalı
























