Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alisa Vaydel ölkənin enerji siyasətini sərt tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Vaydel Almaniyanın enerji siyasətini dünyada ən ağılsız siyasət adlandıraraq, bu yanaşmanın davam etdiyini bildirib.
Onun sözlərinə görə, külək əsmədikdə və günəş işığı olmadıqda Almaniya qonşu ölkələrdən çox yüksək qiymətlərlə enerji idxal etməyə məcbur qalır.
Vaydel həmçinin Almaniyada enerji xərclərinin həddindən artıq yüksək olduğunu və bunun ölkənin dünya bazarında rəqabət qabiliyyətini zəiflətdiyini iddia edib.
Jalə
























