Almaniya kansleri Fridrix Merts Avropa İttifaqının Çin şirkətləri üçün bazarlarını bağlamadığını və açıq ticarət siyasətini davam etdirmək niyyətində olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Merts Avropanın bu yanaşmasını ABŞ-nin siyasətindən fərqləndirib.
“Biz bazarlarımızı bağlamırıq. Bu, ABŞ-nin etdiyinin tam əksidir. ABŞ bazarı əksər Çin şirkətləri üçün bağlıdır. Avropada isə belə deyil”, – deyə kansler qeyd edib.
Merts əlavə edib ki, Avropa açıq qalmaq, açıq bazarları və ticarəti qoruyub saxlamaq istəyir. Onun sözlərinə görə, Avropa ilə ABŞ arasındakı əsas fərqlərdən biri də budur.
Rauf
























