rusiya ordusu əsgəribackend

Rusiya Ukraynanın hərbi texnika itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun müharibə başlayandan bəri verdiyi iddia edilən itkilərlə bağlı məlumatları yeniləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, müharibənin başlanğıcından indiyədək Ukraynanın 674 təyyarəsi, 284 helikopteri, 266 887 pilotsuz uçuş aparatı (PUA), 672 zenit-raket kompleksi, 31 332 tank və digər zirehli döyüş maşını məhv edilib.

Konaşenkov həmçinin 1 792 reaktiv yaylım atəşi sistemi, 36 772 artilleriya qurğusu və minaatan, eləcə də 75 164 xüsusi təyinatlı hərbi avtomobil texnikasının sıradan çıxarıldığını iddia edib.

Qeyd edək ki, bu rəqəmlər Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki