image-prezidentilhameliyev888-768x403-2backend

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiqləyib.

Dövlət başçısı bu barədə 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiqi haqqında qanun layihəsini imzalayıb.

Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu da təsdiqləyib.

Bildirilib ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki