Almaniya kansleri Fridrix Merts bildirib ki, Avropa İttifaqına üzv dövlətlərin heç biri Çinlə ticarətdə müsbət saldoya malik deyil və bütün ölkələr kəsirlə üzləşir.
İNFOAZ.MEDİA xəbər verir ki, Mertsin sözlərinə görə, Aİ-nin Çinlə illik ticarət kəsiri 300 milyard avronu xeyli üstələyir. Bu isə gündəlik təxminən 1 milyard avro deməkdir.
Kansler ticarət kəsirinin səbəbləri arasında istehsal güclərinin həddindən artıq olmasını, avtomobil sektoru və digər sahələrə böyük subsidiyaların ayrılmasını, eləcə də Çin valyutasının süni şəkildə ucuz saxlanılmasını göstərib.
Merts qeyd edib ki, bu məsələlər həllini tapmalıdır.
Jalə
























