image-yonq-hikmet-768x403backend

Marianne De Yonq Hikmət Hacıyevlə görüşdü

Niderland Krallığının Azərbaycandakı səfiri Marianne De Yonq Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə səfirlik məlumat yayıb.

Görüş zamanı Niderland Krallığının Xarici İşlər Naziri Tom Berendsenin Azərbaycana planlaşdırılan səfəri, Azərbaycan–Niderland münasibətlərinin cari vəziyyəti və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında bu cür görüşlər Niderland və Azərbaycan arasında siyasi dialoqun davam etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki