Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla söhbəti zamanı Amerika bazarına böyük həcmdə gübrə tədarük edə biləcəklərini deyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Putin ABŞ-dəki fermerlərin məsələsinin Donald Trampla telefon danışıqları zamanı da müzakirə olunduğunu bildirib.
“Fermerlərə gəlincə, bilirəm ki, Prezident Tramp bunu telefon danışıqlarımız zamanı da qeyd edib. Biz Amerika bazarı da daxil olmaqla, böyük həcmdə gübrə tədarük edə bilərik”, – deyə Putin vurğulayıb.
Jalə
























